Qarabağda erməni əsgər gözündən vuruldu

Qarabağda erməni əsgər gözündən vuruldu
  17 Dekabr 2018    Oxunub:7682
Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində düşmən ordusunun qanunsuz yerləşdirilən “N” saylı hərbi hissəsinin əsgəri yaralanıb.

Azvision.az “Shamshyan.com”a istinadən xəbər verir ki, gözündən güllə yarası alan 19 yaşlı erməni əsgər Rafik Vaanyan Xankəndindəki hərbi hospitala aparılıb.
Onun vəziyyətinin ağır olduğu bildirilir. Bu səbəbdən, həkimlər yaralı erməni əsgəri İrəvandakı “Muraçan” hospitalına köçürmək qərarına gəliblər.

Erməni əsgərin hansı şəraitdə güllə yarası aldığı bilinmir. İnsidentlə bağlı araşdırma aparılır.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ermənistan   DağlıqQarabağ   Xankəndi  





Xəbər lenti