Putin Rusiyada reperləri nəzarətə götürür
Rep musiqisinin təməlində “cinsi əlaqə, narkotik və üsyan” mövzularının dayandığını vurğulayan Putin başlıca narahatlığının məhz həmin musiqilərdə narkotik istifadəsinə təşviqlə bağlı olduğunu deyib. Rusiya prezidentinin fikrincə, bu, “bir milləti deqradasiyaya aparan yoldur”.
İclasda rep muqisinin bütün neqativ təsirlərini nəzərə alan Putin “əgər bunu dayandırmaq mümkün deyilsə, onda onu idarə edək və yönləndirək” deyib.
Qeyd edək ki, Putinin rep musiqisini nəzarət altına almaq istəyi Rusiya polisinin repçilərə qarşı apardığı əməliyyatların cəmiyyətdə, xüsusən də gənclər arasında etirazla qarşılanması ilə əlaqədardır. Belə ki, son vaxtlar Rusiyada rep musiqisinin sıxışdırılması cəhdləri, reperlərin konsertlərinin ləğvi və hətta onların həbsi böyük narazılığa səbəb olub. Nəticədə rep musiqilərində polis zorakılığı, ölkədə yoxsulluq və özbaşınalıqla bağlı ifadələr daha çox səslənməyə başlayıb.
Leyla Elbrusqızı
Azvision.az