Bakı bulvarında Yeni il hazırlığı - FOTOLAR

  17 Dekabr 2018    Oxunub : 15812
Bakı bulvarında Yeni il hazırlığı - FOTOLAR
Dənizkənarı Bulvar İdarəsi Yeni il bayramı ilə əlaqədar hazırlıqları davam etdirir.

Azvision.az xəbər verir ki, artıq bulvar ərazisi boyunca ağaclar çıl-çıraqlarla bəzədilib. Kukla teatrının arxasında olan meydanda böyük “yolka” qurulub.
Yeraltı keçidin önündən bulvar ərazisi istiqamətində bəzədilən, uzunluğu 35 m, eni 4,3 m və hündürlüyü 5 m olan tunel quraşdırılıb.



Tunelin qurtaracağında, təxminən 30 m məsafədə diametri 5 m olan, işıqlarla bəzədilən şar qoyulub (içərisində şəkil çəkdirmək üçün). Şarın yaxınlığında Yeni İlin rəmzi olan maral qoşulmuş xizək, işıqlarla bəzədilmiş retro maşınlar nəzərdə tutulub.



Həmçinin ərazi işıqlarla bəzədilib, iri ölçüdə rəmzi hədiyyə qutuları və “qar adamı”nın qoyulması planlaşdırılıb. Bundan əlavə, ərazidəki gəzinti qatarları və retro maşınlar da bəzədiləcək, Neftçilər prospekti boyu işıq dirəklərində Azərbaycan bayrağı əks olunacaq.

Ümumilikdə isə Yeni il hazırlıqları artıq yekunlaşmaq üzrədir. Bayram günlərində Dənizkənarı Bulvar İdarəsi paytaxt sakinləri və qonaqlara maraqlı proqramlar təqdim edəcək.

























FOTO: Şahin Sərdarov
Azvision.az

Teqlər: Yeni-il   Bulvar