Rusiya Krımda qırıcılarını yerləşdirir

 Rusiya Krımda qırıcılarını yerləşdirir
  17 Dekabr 2018    Oxunub:4364
Rusiya xarici işlər naziri Sergey Lavrovun ilin sonuna yaxın Ukraynanın Krım yaxınlığında yeni bir təxribata əl atacağını deməsinin ardından Rusiya Müdafiə Nazirliyi Krımda 10-dan çox dördüncü nəsil “Su-27” və “Su-30” qırıcı döyüş təyyarələrinin yerləşdiriləcəyini bəyan edib.
Azvision.az “İnterfax”a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatında qırıcı təyyarələrin Krımda daimi olaraq yerləşdiriləcəyi bildirilir.

“Dekabrın 22-də 10-dan çox “Su-27SM” və “Su-30M2” qırıcı təyyarələri Rusiyanın Krasnodar ərazisindəki Krımsk hava bazasından çıxaraq Krım Respublikasındakı Belbek aerodromuna – daimi dislokasiya yerinə uçacaqlar” – nazirliyin bəyanatında deyilir.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasındakı münasibətlər 25 noyabrda Azov dənizi ilə Qara dənizi birləşdirən Kerç boğazında Rusiya sərhəd qüvvələri və Qara dəniz donanması tərəfindən Ukraynaya məxsus 3 artilleriya gəmisinin ələ keçirilməsi və bütövlükdə gəmilərdəki heyətin 24 üzvünü saxlamasından sonra daha da gərginləşib. Kerç insidentindən dərhal sonra Rusiya Krıma artıq dördüncü "S-400" raketdən müdafiə sistemini də yerləşdirib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ukrayna   Krım   Rusiya  





Xəbər lenti