Parisdə polislər də “Sarı jiletlilər”in aksiyasına qoşulur

  Parisdə polislər də “Sarı jiletlilər”in aksiyasına qoşulur
  18 Dekabr 2018    Oxunub:4463
Fransanın paytaxtı Parisdə polislər də “Sarı jiletlilər”in etiraz aksiyasına qoşulacaq.

Azvision.az xəbər verir ki, sosial şəbəkələrdə 20 dekabrda polislərin etiraz aksiyasının 1-ci aktına çağırışlar yayılıb. Qəzəbli Polislərin Səfərbərliyi (MPC) Assosiasiyasının vitse-prezidenti Giyom Löbon bildirib ki, 15 il stajı olan və aktivində 200 saatdan çox əlavə iş saatı toplanmış polis əməkdaşları artıq beziblər:
“Son bir ayda polis əməkdaşları “Sarı jilet”lər aksiyaları zamanı 23 saat dayanmadan iş başında olublar. Mənəvi və fiziki baxımdan üzülüblər”.

Löbon, həmçinin vurğulayıb ki, hökumət hər dəfə aksiyadan sonra uğurlu fəaliyyətinə görə polisi alqışlayır, ancaq bunun arxasında konkret heç nə olmur.

““Sarı jilet”lər kimi polis də alıcılıq qabiliyyətinin yüksəldilməsini, əmək haqqına yenidən baxılmasını tələb edir”, - deyə Löbon vurğulayıb.

Qeyd edək ki, 2017-ci ildə milli polisin aktivində toplanmış 21.7 milyon əlavə iş saatı 2014-cü illə müqayisədə 18 faiz artıb.

Azvision.az



Teqlər: Paris  





Xəbər lenti