Daha bir erməni əsgər güllələndi

  18 Dekabr 2018    Oxunub : 3813
 Daha bir erməni əsgər güllələndi
Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət keçən 19 yaşlı əsgər Andranik Ovanisyan başından güllə yarası alıb.

Azvision.az “Shamshyan.com”a istinadən xəbər verir ki, yaralı erməni əsgəri xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olsa da, vəziyyəti ağırdır.
Ovanisyanın hansı şəraitdə başına atəş açıldığı bilinmir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, bununla son 3 gün ərzində müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilən erməni hərbçilərin sayı 5-ə çatıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   Hərbi