Azərbaycandakı narkomanların sayı açıqlandı

Azərbaycandakı narkomanların sayı açıqlandı
  05 Noyabr 2013    Oxunub:1070
Bu ilin doqquz ayı (yanvar-sentyabr) ərzində ölkə üzrə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə sahəsində həyata keçirilmiş tədbirlərin vəziyyəti İşçi Qrupunda ümumiləşdirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, cari ilin ötən 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2302 fakt aşkar ediib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 843 kq 389,435 qr müxtəlif növ narkotik vasitələr götürülüb.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 402 kq 046,651 qr-ı marixuana, 158 kq 635,924 qr-ı həşiş, 136 kq 058,386 qr-ı tiryək, 97 kq 417,749 qr-ı heroin, 49 kq 230,725 qr digərləri, əlavə olaraq 4800 diazepam həbi təşkil edib. Ümumilikdə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 47,6 fazini marixuana, 18,7 faizini həşiş, 16,2 fazini tiryək, 14,4 fazini heroin, və 5,8 faizini psixotrop maddələr, prekursorlar və digərləri təşkil edir.

Həmçinin ölkədə “XAŞ-XAŞ-2013” şərti ad altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib becərilən və yabanı halda bitmiş 295 ton 784 kq-dan artıq narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib.

Cinayət məsuliyyətinə cəlb edilən 1794 nəfərdən 37 nəfəri xarici ölkə vətəndaşları olub (25-i İran İslam Respublikası, 8-i Rusiya Federasiyası, 2-i Gürcüstan, 1-i Türkiyyə və 1-i Ukranya vətəndaşlarıdır).


Mirvari





Teqlər:  





Xəbər lenti