Erməni əsgər özünü öldürmək istədi

 Erməni əsgər özünü öldürmək istədi
  18 Dekabr 2018    Oxunub:4597
Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət keçən 19 yaşlı əsgər Andranik Ovanisyanın güllələnməsi ilə bağlı cinayət işi açılıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi başçısının müşaviri Sona Truzyan bildirib.

Onun sözlərinə görə, əsgər döyüş növbəsində olan zaman tabel silahından açılan atəş nəticəsində çənəsindən ağır güllə yarası alıb.

Truzyan qeyd edib ki,o, dərhal hərbi hospitala çatdırılıb. Faktla bağlı cinayət məcəlləsinin 110-cu (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Hadisənin baş verməsi ilə bağlı bir neçə versiya üzərində araşdırma aparılır.

İlkin Nəcəfzadə
Azvision.az




Teqlər: Ermənistan   Əsgər  





Xəbər lenti