Ağ Ev Ankaranın bəyanatını təkzib etdi
“ Argentinadakı “G20” sammiti çərçivəsində Ərdoğanla görüşü zamanı prezident (Donald Tramp) Fətullah Gülənin təhvil verilməsi barədə öhdəlik götürməyib” – bəyanatda vurğulanır.
Qeyd edək ki, Çavuşoğlu “G20” sammiti çərçivəsində Ərdoğanla Trampın iki ölkə arasında gərginlik yaradan “F-35” qırıcı təyyarələri ətrafındakı məsələni, həmçinin Gülənin təhvil verilməsini müzakirə etdiklərini və Trampın buna razılıq verdiyini bildirib.
Leyla Elbrusqızı
Azvision.az