Pekin Vaşinqtonla ticarət məsələsini müzakirə edib

Pekin Vaşinqtonla ticarət məsələsini müzakirə edib
  19 Dekabr 2018    Oxunub:2910
Pekinlə Vaşinqton arasındakı ticarət və iqtisadi problemlərin həllinə dair məsləhətləşmələr aparmaq məqsədilə hər iki ölkənin Ticarət Nazirlikləri arasında telefon əlaqəsi baş tutub.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyinin yaydığı məlumatda deyilir.

“Telefon söhbəti nazir müavinləri səviyyəsində aparılıb” – məlumatda vurğulanır. Lakin söhbətdə müzakirə olunan konkret məsələlər və hansısa razılıq əldə olunmasına dair heç bir məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ maliyyə naziri Stiven Mnuçin və ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer ilə Çin kommunist hökumətinin baş nazir müavini Liu He arasında aparılan telefon söhbətində əldə olunan razılıq əsasında, Pekin 2019-cu ilin yanvarın 1-dən etibarən ABŞ istehsalı olan nəqliyyat vasitələrinə və avtomobil ehtiyat hissələrinə qoyulan gömrük rüsumlarının qüvvəsini 3 ay müddətinə dayandırmaq və tarifləri 40 faizdən 15 faizə endirmək barədə qərar qəbul etmişdi.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Pekin   Çin   ABŞ  





Xəbər lenti