YAP-çı deputat həmsədrlərə qəzəbləndi: “Belə də iş olar?”

YAP-çı deputat həmsədrlərə qəzəbləndi: “Belə də iş olar?”
  05 Noyabr 2013    Oxunub:1308
“ATƏT-in Minsk Qrupunun fəaliyyətindən bir çoxları kimi mən də narazıyam. Əgər konkret nəticə olmayacaqsa onda bu qrupun fəaliyyəti nədən ibarətdir?”

Bunu AzVision.az-a millət vəkili Eldar İbrahimov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana növbəti səfərini şərh edərkən deyib.

Deputat qeyd edib ki, uzun müddət fəaliyyət göstərməsinə baxmayaraq Minsk qrupunun fəaliyyəti müsbət nəticə vermir.

“Həmsədrlərin səfərləri Dağlıq Qarabağ probleminin həll olunmasında öz töhfəsini verməlidir. Ancaq hələ ki, bunun bir nəticəsi yoxdur. Belə olan halda konkret nəticə olmayacaqsa , ATƏT Minsk qrupunun bu məsələdə bəs rolu nədir? Ancaq prezidentləri görüşdürmək ?

Heç onları da görüşdürə bilmirlər. Artıq onların fəaliyyəti mütləq səmərə verməlidir. Çünki qarşıdan gələn 5 il bizim üçün Dağlıq Qarabağ probleminin həll olunması ili olmalıdır. Amma bədbinliyə qapılmaq lazım deyil, ümid edək ki, onların səfəri öz xeyrini verəcək. Daha bizdə, görəsən bu gəlişlər də köhnə gəlişlər kimidir sualı yaranmayacaq. ATƏT-in Minsk qrupu deyir ki, siz Azərbaycan- Ermənistan olaraq öz məsələnizi həll edin, biz də buna hazırıq. Yaxşı biz öz məsələmzi həll edə bilsəydik, sizə nə ehtiyac var sualı yaranır. İldə bir dəfə yeni sədr gəlir, regionaları gəzib çıxıb gedirlər. Ondan sonra müddəti qurtarır yenidən gəlir. Buna görə də ATƏT-in Minsk Qrupunun sədri daimi adam olmalıdır ki, bu məsələlərdə məsuliyyəti boynuna götürsün”- deyə deputat öz etirazını bildirib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik dünən Azərbaycana səfər ediblər. Onlar səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçiriblər.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti