Dünya 2018-ci ildə onları itirdi - FOTOLAR

Dünya 2018-ci ildə onları itirdi -  FOTOLAR
  19 Dekabr 2018    Oxunub:4923
2018-ci ildə dünyanın bir çox məşhur simaları həyatdan köçüb. Onların arasında tanınmış siyasətçi, musiqiçi, aktyor, yazar və alim də var.
AzVision.az bu il dünyasını dəyişən məşhur şəxslərin siyahısını təqdim edir:



3 yanvar - İsrailli yazıçı Aharon Appelfeld 86 yaşında vəfat edib.



5 yanvar - Türkiyənin məşhur aktyoru Munir Özkul 93 yaşında son mənzilə yola salınıb.



5 yanvar - İtaliyalı futbolçu Antonio Valentín Angelillo 81 yaşında həyatını itirib.



7 yanvar - Fransalı müğənni Frans Qall 71 yaşında dünyasını dəyişib.



9 yanvar - Norveçli siyasətçi Odvar Nordli 91 yaşında ömrünü başa vurub.



26 yanvar - Rusiyalı pianoçu İqor Jukov 82 yaşında ölüb.



4 fevral - İngilis riyaziyyatçı Alan Beker 79 yaşında vəfat edib.



13 fevral - Danimarka şahzadəsi Henri de Laborde de Monpezat 84 yaşında dünyasını dəyişib.



14 mart - İngilis fizik Stiven Hokinq 76 yaşında ölüb.



19 may - İngilis tarixçi Bernard Levis 102 yaşında həyatdan köçüb.



18 avqust - BMT-nin sabiq baş katibi Kofi Annan 80 yaşında vəfat edib.



1 dekabr - ABŞ-ın 41-ci prezidenti Böyük Corc Buş 95 yaşında son mənzilə yola salınıb.



7 dekabr - İngilis musiqiçi Pit Şelli 63 yaşında ölüb.



8 dekabr - Kolumbiyanın sabiq prezidenti Belisario Betankur 95 yaşında dünyasını dəyişib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Yazıçı   Siyasətçi   Alim  





Xəbər lenti