Evlərin qiyməti ucuzlaşıb - RƏSMİ MƏLUMAT

Evlərin qiyməti ucuzlaşıb - RƏSMİ MƏLUMAT
  05 Noyabr 2013    Oxunub:1321
2013-cü ilin III rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,3 faiz ucuzlaşıb.
AzVision.az xəbər verir ki, bu barədə DÖvlət Statistika Komitəsinin rəsmi saytında məlumat yayılıb. Bildirilib ki, rüb ərzində yerüstü tikililər bölməsində 0,3 faiz, yol və körpü tikintisində isə 0,1 faiz ucuzlaşma müşahidə edilib.

Cari ilin III rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, sosial təyinatlı binaların tikintisi üzrə 0,2 faiz, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,1 faiz ucuzlaşıb.

Rüb ərzində yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,1 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,5 faiz, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə 0,2 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə 0,3 faiz, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,1 faiz ucuzlaşmışdır.
Yol tikintisi üzrə qiymətlər 0,1 faiz, körpü tikintisi üzrə isə qiymətlər 0,3 faiz ucuzlaşıb.


Teqlər:  





Xəbər lenti