ABŞ Suriya sərhəddində hərbi baza tikdi

   ABŞ Suriya sərhəddində hərbi baza tikdi
  19 Dekabr 2018    Oxunub:4289
ABŞ İraqın Suriya ilə sərhəddindəki Ənbər əyalətində hərbi bazanın tikintisini başa çatdırıb. Azvision.az xəbər verir ki, bu barədə “Akhbar Al Iraq” portalı yerli hökumətə istinadən məlumat yayıb.
“Amerikalı hərbçilər İraqın Suriya ilə sərhəddində yerləşən Əl-Qaim şəhəri yaxınlığındakı Malixa rayonunda hərbi baza inşa ediblər. Hərbi baza Suriya ilə sərhədə nəzərat etmək və bu rayonda yerləşdirilən ABŞ qüvvələrinə lazımi müdafiəni təmin etmək məqsədilə qurulub” – İraqın yüksək vəzifəli hərbçisi Əhməd əl-Məhəlləvinin sözləri sitat gətirilir.

Qeyd edək ki, İraqda ümumilikdə 5500 amerikalı hərbi xidmət keçir.

Lakin o da var ki, İraqın yeni tərkibli parlamenti ölkədəki bütün xarici hərbi qüvvələri 2019-cu ilin ortalarınadək İraqdan çıxmağa məcbur edəcək yeni qanun layihəi üzərində işləyir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   İraq   ABŞ  





Xəbər lenti