Sosial şəbəkələrdə FETÖ-nü təbliğ edən 2754 nəfər tutulub

   Sosial şəbəkələrdə FETÖ-nü təbliğ edən 2754 nəfər tutulub
  20 Dekabr 2018    Oxunub:4094
Sosial şəbəkələrdə Fətullahçı terror təşkilatının (FETÖ) təbliğatı ilə məşğul olan 7109 nəfər saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə təhlükəsizlik xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət çevrilişinə cəhd hadisəsindən sonra indiyədək müxtəlif adlar altında Türkiyə əleyhinə terror çağırışları edən 7109 nəfərdən 2754-ü məhkəmənin qərarı ilə həbs olunub. 2828 nəfər isə şərti azadlığa buraxılıb.

Azvision.az



Teqlər: FETÖ  





Xəbər lenti