Rusiyaya gedən azərbaycanlıların sayı azalıb

   Rusiyaya gedən azərbaycanlıların sayı azalıb
  20 Dekabr 2018    Oxunub:4678
Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı azalıb.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artaraq 4464,5 min nəfər olub. Onların 18,9 faizi Rusiyaya gedənlərdir. Ümumilikdə isə bu dövr ərzində İran və Türkiyəyə gedənlərin sayında artım qeydə alınsa da, qonşu Rusiyaya üz tutan vətəndaşların sayı 0,3 faiz azalıb.

Azvision.az



Teqlər: Rusiya   Statistika  



Xəbər lenti