ABŞ hərbçiləri Suriyadan Türkiyəyə görə çıxır

   ABŞ hərbçiləri Suriyadan Türkiyəyə görə çıxır
  20 Dekabr 2018    Oxunub:5135
ABŞ hərbi qüvvələrinin Suriya ərazisindən çıxarılmasının səbəbi məlum olub.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, adı açıqlanmayan ABŞ rəsmisi "Reuters"-ə müsahibəsində Amerika əsgərlərinin Suriyadan geri qaytarılmasını Ərdoğanla əlaqələndirib.

Bildirib ki, ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığında bununla bağlı razılıq əldə olunub.

ABŞ prezident Donald Tramp "Suriyada olmağımızın tək səbəbi İŞİD idi. İŞİD-i məğlub etdik", - deyə bəyan edib.

Qeyd edək ki, yaxın günlərdə Türkiyə Silahlı Qüvvələri Suriyanın Fəratdan şərqdəki ərazilərində yeni antiterror əməliyyatlarına başlayacaq.

Azvision.az



Teqlər: Suriya   Tramp   Ərdoğan  





Xəbər lenti