Azərbaycanın sürücülük vəsiqəsi Rusiyada işləməyəcək

Azərbaycanın sürücülük vəsiqəsi Rusiyada işləməyəcək
  05 Noyabr 2013    Oxunub:14496
Rusiyada miqratların öz ölkələrində aldığı sürücülük vəsiqəsi ilə yola çıxmaları qadağandır.
Bu barədə qanun layihəsi artıq Dumada qəbul edilib. AzVision.az-ın məlumatına görə, artıq sürücülər Rusiyanın sürücülük vəsiqəsini almaq məcburiyyətindədirlər.

Bu qanunun qəbul edilməsinə səbəb isə Rusiyanın Podolsk şəhəri yaxınlğında erməni sürücünün törətdiyi qəzadır. Qəza nəticəsində 18 nəfər həyatını itirib. Bu hadisədən sonra Rusiya hökuməti sözügedən qanunun qəbul edilməsini istədilər və bugündən etibarən qanun qüvvəyə mindir.

Məsələ ilə mətbuata açıqlama verən Rusiya Yol Polis İdarəsinin rəsmisi bildirib ki, sürücü işləyən əcnəbilər 2014-cü ilin mayın 14-ə qədər öz sürücülük vəsiqələrindən istifadə edə biləcəklər. İnsan və əşya daşıyan miqrantlar mütləq Rusiyanın sürücülük vəsiqəsini almalıdırlar.

Qanunu pozan şəxslər isə iki il müddətinə sürücülükdən məhrum ediləcək və 50-100 rubl arasında pul cəriməsi ödəyəcəklər.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti