Fransa ABŞ-la yollarını ayırdı

 Fransa ABŞ-la yollarını ayırdı
  20 Dekabr 2018    Oxunub:3604
ABŞ prezidenti Donald Trampın Suriya ərazisindəki Amerika hərbi qüvvələrinin tamamilə çıxarılması ilə bağlı qərarına rəğmən, Fransa Suriyada terrorla mübarizəni davam etdirəcək

Azvision.az xəbər verir ki, bu barədə Fransanın Avropa məsələri üzrə naziri Natali Luazo “Cnews” telekanalının efirində bəyan edib.
“Terrorizmlə mübarizə hələ başa çatmayıb. Bu mübarizədə, xüsusən də Suriyada beynəlxalq koalisiya çərçivəsində aparılan əməliyyatlar nəticəsində əhəmiyyətli uğur əldə olunub. Bununla belə, bu mübarizəni davam etdirmək lazımdır. Fransa hərbçiləri Suriyada qalacaq, çünki İŞİD qruplaşmasına qarşı mübarizə başlıca məsələdir” - Luazo vurğulayıb.

Fransalı nazir, həmçinin bildirib: “ABŞ prezidentinin bu qərarı bir daha düşünməyə əsas verir ki, terror təhlükəsinin əvvəlkitək mövcudluğu şəraitində Fransa Avropada müstəqil qərarların qəbulu imkanına və strateji avtonomiyaya malik olmalıdır. Bizim qərarlarımız özümüz tərəfindən müstəqil verilməlidir. Trampın qərarı Avropa və ABŞ-ın fərqli prioritetlərə malik olduğunu, və istənilən halda, Fransa və Avropa ölkələrinin yalnız özlərinə arxalanmalı olduqlarını göstərir.”

Qeyd edək ki, ABŞ prezident Donald Tramp tvitterdə bəyan edib ki: “Suriyada olmağımızın tək səbəbi İŞİD idi. İŞİD-i məğlub etdik.” Daha sonra isə Ağ Ev açıqlama yayaraq ABŞ hərbçilərinin Suriya ərazisindən çıxarılma prosesinə başlanıldığını deyib. “Reuters” isə bildirib ki, amerikalı hərbçilər 60-100 gün arasında Suriyadan tamamilə çıxarılacaq.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Suriya   Fransa   ABŞ  





Xəbər lenti