YAP Müsavata qurultay üçün yol göstərdi

YAP Müsavata qurultay üçün yol göstərdi
  05 Noyabr 2013    Oxunub:941
Yeni Azərbaycan Partiyası (YAP) Müsavat Partiyasının qurultayla bağlı iradlarına münasibət açıqlayıb.
Hakim Partiyanın İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı AzVision.az saytına açıqlamasında Müsavatın iradlarının yersiz olduğunu bildirib.

YAP rəsmisi qurultaya yer ayrılması üçün lazımı qurumlara müraciət etməyi məsləhət bilib.

“Müsavatın qurultayının baş tutmağının hakimiyyətə heç bir aidiyyatı yoxdur. Bunlar həmişəki kimi yersiz fikirlərdən ibarətdir. Qurultay keçirmək istəyirlərsə yerlə bağlı müvafiq qurumlara müraciət etsinlər. Müsavat üçün yer bəhanədir”-deyə M.Qurbanlı vurğulayıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti