Trampın qərarından sonra Türkiyə əməliyyata hazırlaşır

Trampın qərarından sonra Türkiyə əməliyyata hazırlaşır
  20 Dekabr 2018    Oxunub:3729
ABŞ Suriyanın şimal-şərqində kürdlərə dəstək üçün göndərdiyi hərbçilər daxil olmaqla, bu ölkə ərazisindəki bütün qoşunlarını çıxaracağını bəyan etdikdən sonra Ankaradan yeni əməliyyatla bağlı ilk rəsmi bəyanat verilib.
Azvision.az xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin Suriyada yeni hərbi əməliyyatlar həyata keçirməsinə hazırlıq üzrə intensiv iş aparıldığını bəyan edib.

“İndi bizim qarşımızda Menbiç və Fərat çayının şərqini terrorçulardan azad etmək dayanır. Bu mövzu üzrə intensiv iş aparırıq” – Akar vurğulayıb.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yaxıın günlərdə Fəratın şərqinə doğru yeni antiterror əmliyatlarının anonsunu vermişdi.

Qeyd edək ki, ABŞ prezident Donald Tramp tvitterdə bəyan edib ki: “Suriyada olmağımızın tək səbəbi İŞİD idi. İŞİD-i məğlub etdik.” Daha sonra isə Ağ Ev açıqlama yayaraq ABŞ hərbçilərinin Suriya ərazisindən çıxarılma prosesinə başlanıldığını deyib. “Reuters” isə bildiirb ki, amerikalı hərbçilər 60-100 gün arasında Suriyadan tamamilə çıxarılacaq.

Lakin Pentaqonun sözçüsü Dana Uayt ABŞ qoşunlarının Suriyadan çıxarılacağını təsdiqləsə də, bunun İŞİD-ə qarşı hələ bitməyən mübarizə kampaniyasının bir hissəsi və növbəti mərhələyə hazırlıq üçün keçid olduğunu bəyan edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Türkiyə   ABŞ   Menbiç   Fərat  





Xəbər lenti