Ermənistanda işsiz qalan fəhlələr aksiya keçirib

Ermənistanda işsiz qalan fəhlələr aksiya keçirib
  20 Dekabr 2018    Oxunub:4370
Ermənistanın iri müəssisələrindən olan “Nairit” kimya zavodunun müflis olması səbəbindən işsiz qalan insanlar hökumət binası qarşısında etiraz aksiyası keçirib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, etirazçılar zavodun əməkdaşlarına 15 milyon dollardan çox borcunun olduğunu bildiriblər.

Qeyd olunub ki, bu məbləğ artıq dördüncü ildir ödənilmir. Hökumətə dəfələrlə müraciət olunsa da, fəhlələrin tələbi yerinə yetirilmir. Hökumət binası qarşısında toplaşanlar rəsmilərlə görüş tələb etsələr də, onların istəkləri nəzərə alınmayıb.

Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti