Paşinyan yenidən Rusiyaya gedir

 Paşinyan yenidən Rusiyaya gedir
  20 Dekabr 2018    Oxunub:3958
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan gələn həftə Rusiyaya işgüzar səfər edəcək.
Azvision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında deyib. O, qeyd edib ki, Paşinyanla görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər müzakirə oluncaq.

“Ermənilər Cənubi Qafqazda rusların ən yaxın müttəfiqidir və ümid edirəm ki, belə də olacaq. Ermənistan Rusiyanın strateji tərəfdaşıdır və hazırda iki ölkə arasında münasibətlər stabildir. Paşinyanla görüşdə bu münasibətlərin inkişafı diqqət mərkəzində olacaq”, - Putin deyib.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti