Artur Rəsizadə Sumqayıtda tapşırıqlar verdi
Bildirilib ki, bu park MDB məkanında analoqu olmayan müasir istehsalat kompleksidir. Bu möhtəşəm kompleksin işə düşməsi ilə respublikamızın ənənəvi və alternativ energetika qurğuları yerli texnoloji avadanlıq və məhsullarla təchiz olunmağa başlanıb.
Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə ətraflı tanış olan Baş nazir Artur Rasizadə buraxılan məhsulun keyfiyyətinin daim yüksəldilməsi və mövcud istehsal potensialından daha səmərəli istifadə edilməsi, habelə marketinq xidmətinin gücləndirilməsi məqsədi ilə müvafiq tapşırıq və tövsiyələrini verib.