Putin yenidən prezident seçilməsini ilin hadisəsi adlandırdı

   Putin yenidən prezident seçilməsini ilin hadisəsi adlandırdı
  20 Dekabr 2018    Oxunub:3494
Rusiya prezidenti Vladimir Putin bu il prezident seçilməsini ilin hadisəsi adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin hal-hazırda davam edən illik mətbuat konfransında “Sizcə, bu il Rusiya üçün ilin hadisəsi nə oldu?” sualını cavablandırarkən deyib. Bildirib ki, 2018-ci ildə Rusiya üçün önəmli olan bir yox, iki məxsusi hadisə baş verib.

“Bu il iki mühüm hadisə ilə yadda qaldı: əlbəttə ki, birincisi prezident seçkiləridir. Bu, bütün ölkə üçün vacib olan bir hadisədir. Və futbol üzrə Dünya Çempionatı. Bu da həm ölkəmiz, həm də dünya üçün olduqca mühüm bir hadisə oldu” – Putin deyib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti