Putin “Vaqner”in əməllərinə haqq qazandırdı

  Putin “Vaqner”in əməllərinə haqq qazandırdı
  20 Dekabr 2018    Oxunub:6208
Rusiya prezidenti Vladimir Putin adı Suriya və Ukrayna münaqişələrində iştirakda hallanan “Vaqner” və digər rus özəl hərbi şirkətlərinin xaricdəki əməliyyatlarına və fəaliyyətinə haqq qazandırıb.
Azvision.az xəbər verir ki, bu gün keçirilən illik mətbuat konfransında Putin Rusiyanın özəl hərbi şirkətlərinin dünyanın istənilən yerində öz biznes maraqalarını həyata keçirmək hüququna malik olduqlarını bəyan edib. Lakin vurğulayıb ki, onların bu fəaliyyəti qanun çərçivəsindən kənara çıxmamalıdır.

““Vaqner”ə və onların elədiklərinə gəldikdə, hər şey qanun çərçivəsində olmalıdır. Biz özəl mühafizə fəaliyyətini ümumiyyətlə qadağan edə bilərik, amma bunu edən kimi, düşünürəm ki, hətta sizin də yanınıza bu sahədəki əmək bazarının qorunmasını tələb edən çoxlu petisiyalarla gələcəklər. Çünki orada bizim bir milyona yaxın insanımız işləyir. Əgər “Vaqner qrupu” qanunu pozsa, onda Baş Prokurorluq müvafiq hüquqi qiymətləndirmə verməlidir” – Putin vurğulayıb.

Qeyd edək ki, ABŞ “Vaqner” özəl hərbi təşkilatının adını sanksiyalar siyahısına salıb. Şirkətdə müqavilə əsasında muzdla döyüşənlərin əksəriyyəti Rusiyadakı və dünyanın digər yerlərindəki müxtəlif radikal birləşmələrin fəallarıdır. Onlar haqqında məlumat məxfi saxlanılır və hətta iştirak etdikləri döyüşlərdə əsir düşsə, yaxud ölsələr belə dövlət onlarla əlaqəsini inkar edir və ümumiyyətlə, mövcudluqlarından xəbərsiz olduğunu bildirir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ukrayna   Suriya   ABŞ   Rusiya   Vaqner  





Xəbər lenti