11 ayda 1084 azərbaycanlı Türkiyədə ev alıb

 11 ayda 1084 azərbaycanlı Türkiyədə ev alıb
  21 Dekabr 2018    Oxunub:3953
Türkiyə Statistika Komitəsi bu ölkədə ev alan xarici ölkə vətəndaşlarının sayını açıqlayıb.
Azvision.az xəbər verir ki, ilk 11 ayın statistikasına görə, Türkiyədə 1084 Azərbaycan vətəndaşı daşınmaz əmlak alıb.

Ötən ilin müvafiq dövründə isə Türkiyədən 851 Azərbaycan vətəndaşı daşınmaz əmlak alıb.

Qeyd edək ki, ilin 11 ayı ərzində Türkiyədən 7308 İraq, 3217 İran, 2450 Səudiyyə Ərəbistanı, 2040 Rusiya, 2004 Küveyt, 1671 Almaniya, 1192 İordaniya, 1141 Böyük Britaniya vətəndaşı daşınmaz əmlak alıb. Ümumilikdə isə 11 ay ərzində 35430 əcnəbi Türkiyədə daşınmaz əmlaka sahib olub.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   Ev   Əmlak  





Xəbər lenti