Məktəb avtobusu qatarla toqquşdu: 3 ölü, 22 yaralı

Məktəb avtobusu qatarla toqquşdu:  3 ölü, 22 yaralı
  21 Dekabr 2018    Oxunub:4183
Bu gün səhər Serbiyanın cənubundakı Niş şəhərinin Don-Mecurova yaşayış məntəqəsində məktəbli avtobusu ilə qatarın toqquşması nəticəsində 3 insan ölüb, 22 nəfər isə yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə “PTC” telekanalı hadisə yerindən məlumat yayıb. Qeyd olunur ki, 22 yaralıdan 6-sının vəziyyəti kritikdir. Hazırda insidentin baş verdiyi ərazidə xilasedicilər işləyirlər.

Qəzanın səbəblərini hələ dəqiq müəyyənləşdirmək mümkün olmasa da, ilkin ehtimala görə qatarın keçdiyi ərazidə şlaqbaum olmayıb və nəticədə qatar məktəbliləri aparan avtobusa çırpılıb. Zərbənin gücündən vaqonlar relslərdən çıxıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Serbiya  



Xəbər lenti