Şahin Mustafayevin gədəbəylilərlə görüşü təxirə salındı

Şahin Mustafayevin gədəbəylilərlə görüşü təxirə salındı
  06 Noyabr 2013    Oxunub:1406
İqtisadiyyat və sənaye nazirinin Gədəbəydə vətəndaşların qəbulunun vaxtı dəyişib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Gədəbəydə vətəndaşların noyabrın 8-nə nəzərdə tutulan qəbulunun vaxtı noyabrın 23-nə keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, həmin gün saat 10-dan etibarən Gədəbəy rayon mədəniyyət evində (Ünvan: Gədəbəy şəhəri, H.Əliyev prospekti, 2) təşkil olunacaq qəbulda nazir Şahin Mustafayev Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

Qəbula gəlmək istəyənlər nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), 050 315-18-17 nömrəli telefonlar, 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Gəncə-Qazax regional bölməsi (Ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, əlaqə telefonu: 050 395 91 97; 022 256 02 32) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, qəbula nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılan “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də yazılmaq mümkündür.


Teqlər:  





Xəbər lenti