Erməni general 25 milyona azadlığa çıxdı - VİDEO

 Erməni general 25 milyona azadlığa çıxdı -    VİDEO
  22 Dekabr 2018    Oxunub:6712
Ermənistanda həbs edilən sabiq müdafiə nazirinin müavini, general Manvel Qriqoryan girov müqabilində həbsdən azad olunub.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Ümumi Yurisdiksiya Məhkəməsi Qriqoryanın 25 milyon dram müqabilində azad edilməsi barədə qərar verib.
Azadlığa çıxdıqdan sonra sabiq nazir müavini jurnalistlərə açıqlama verməyib.



Qeyd edək ki, vəkillər son altı ay ərzində dəfələrlə məhkəməyə müraciət edərək M.Qriqoryanın xəstəliyi ilə əlaqədar onun azad olunmasına çalışırdılar.

Xatırladaq ki, Manvel Qriqoryan qanunsuz silah saxlamaqda və özgə əmlakını mənimsəməkdə təqsirli bilinirdi.

İlkin Nəcəfzadə
Azvision.az






Teqlər: Ermənistan   Manvel-Qriqoryan  





Xəbər lenti