“Boko Haram”ın lideri tutuldu

  22 Dekabr 2018    Oxunub : 5325
 “Boko Haram”ın lideri tutuldu
Nigeriya polisi “Boko Haram” terror təşkilatının axtarışda olan lideri, 2015-ci ildə paytaxt Abucada terror aktları təşkil edən Umar Abdulmaliki ələ keçirib.
Azvision.az xəbər verir ki, bu barədə Nigeriyanın “Daily Post” qəzeti yazıb. Qeyd olunub ki, terrorçuların başçısının həbsi üzrə keçirilən əməliyyatda Nigeriyanın polis qüvvələri və operativ kəşfiyyat qrupu iştirak ediblər.

Bildirilib ki, partlayıcı qurğular üzrə mütəxəssis olan, bankların qarəti və muzdlu qatillərin işə götürülməsi ilə məşğul olan Abdulmalik “Boko Haram”ın ən çox axtarılan və təhlükəli lideridir. 2015-ci ildə onun Abucada polis bölməsi və avtobus dayanacağı yaxınlığında törətdiyi 2 terror aktı nəticəsində 15 nəfər ölmüş, 41 nəfər yaralanmışdı.

“Boko Haram” 2015-ci ildən İŞİD-ə sadiqlik andı içib və özünü İŞİD-in qərbi Afrika əyaləti adlandırır.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Nigeriya   BokoHaram   Afrika   İŞİD