İran Hörmüzdə irimiqyaslı hərbi təlim keçirir

 İran Hörmüzdə irimiqyaslı hərbi təlim keçirir
  22 Dekabr 2018    Oxunub:5179
İranın İslam İnqilabı Keşiçkiləri Korpusunun quru qoşunları Hörmüz boğazında yerləşən Keşm adasının sahilyanı ərazisində irimiqyaslı hərbi təlimlər keçirir.
Azvision.az xəbər verir ki, bu barədə “Press TV” telekanalı məlumat yayıb. Bildirilib ki, bu, hər il İranda keçirilən “Böyük peyğəmbər” adlı irimiqyaslı təlimlərin ən iri və son mərhələsidir.

Təlimlər İranda milli birliyin köməyi və müdafiə gücünün artırılması yolu ilə sabit güc və təhlükəsizliyi nümayiş etdirmək məqsədi daşıyır.

Körfəz ölkələrinin neft ixracı üçün Hörmüz boğazı olduqca mühüm strateji əhəmiyyətə malikdir. Sanksiyalarla əlaqədar ABŞ-ın İrandan neft idxalını sıfıra endirəcəyi ilə bağlı bəyanatlarına cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmiləri İran neftinin ixracına maneələr yaradılacağı təqdirdə Vaşinqtonun Körfəzdəki müttəfiqlərinin də neft ixracının qarşısını almaq üçün Hörmüz boğazını bağlayacağı ilə hədələyib.

Qeyd edək ki, ABŞ nüvə sazişini tərk etdikdən sonra ötən gün ilk dəfə ABŞ hərbi dəniz qüvvələrinin aviadaşıyıcısı Fars körfəzinə daxil olub. Kəşfiyyat çəkilişi aparmaq və mümkün sərhəd pozuntusuna cavab vermək üçün İran hərbi donanmasının 30 gəmisi ABŞ aviadaşıyıcısını izləyib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: İran   Hörmüz   ABŞ  





Xəbər lenti