Prezidentlər bu ay görüşəcəklər
AzVision.az APA- ya istinadən xəbər verir ki, bu barədə Minsk Qrupunun həmsədrlərinin bölgəyə etdikləri son səfərin nəticələrinə dair verdikləri birgə bəyanatında bildirilir.
Bəyanatda vasitəçilərin prezidentlərin görüşünə hazırlıq işlərini davam etdirəcəkləri qeyd olunub. Həmsədrlər həmçinin tərəfləri "öz bəyanatlarında təmkinlilik nümayiş etdirməyə” çağırıblar.
“Xüsusən bu məqamda atılan hərbi addımlara yalnız sülh prosesinə zərər vermək cəhdi kimi baxmaq olar”, - bəyanatda bildirilir.
Xatırladaq ki, Minsk Qrupunun həmsədrləri 4-5 noyabr tarixində Bakıya və İrəvana səfər ediblər. Səfər çərçivəsində onlar hər iki ölkənin prezidentləri, XİN rəhbərləri və müdafiə nazirləri ilə görüşlər keçiriblər.