Trampdan Ərdoğana “Patriot” vədi

 Trampdan Ərdoğana “Patriot” vədi
  22 Dekabr 2018    Oxunub:5852
ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla telefon söhbətində onu əmin edib ki, Konqress “Patriot” hava hücumundan müdafiə sistemlərinin satışına dair Ankara ilə mümkün müqavilənin imzalanmasını bloklamayacaq.
Azvision.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti diplomatik mənbələrinə istinadən yazıb.

Qeyd olunur ki, “Patriot”ların tədarükü üzrə ABŞ-la Türkiyə arasındakı anlaşmanı yekunlaşdırmaq üçün Konqressin icazəsi lazımdır. Tramp isə bu məsələnin həll ediləcəyinə zəmanət verib. Lakin Ərdoğanla söhbətində ABŞ prezidenti müqavilənin imzalanmasına necə nail olacağına aydınlıq gətirməyib.

Mənbənin sözlərinə görə, Tramp həmçinin, gələcəkdə “F-35” qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsində də heç bir problem yaşanmayacağına dair Ərdoğana söz verib.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti Türkiyəyə 3,5 milyard dollar dəyərində “Patriot” hava hücumundan müdafiə sistemlərinin avadanlıqlarla birlikdə satışını nəzərdə tutan mümkün sazişin imzalanmasına razılıq verib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Türkiyə   Konqress   ABŞ   Patriot   F-35  





Xəbər lenti