Trampın xüsusi nümayəndəsi istefa verib

Trampın xüsusi nümayəndəsi istefa verib
  23 Dekabr 2018    Oxunub:3863
ABŞ prezidenti Donald Trampın İŞİD terror qruplaşması ilə mübarizədə digər ölkələrlə qarşılıqlı fəaliyyət məsələləri üzrə xüsusi nümayəndəsi Brett Makqurk istefa verib.
Azvision.az “CBS News”a istinadən xəbər verir ki, Brett Makqurk 2019-cu ilin fevralında öz postunu tərk edəcək.

Məlumata görə, Trampın ABŞ ordusunun Suriyadan çıxmasına dair qərarına görə Makqurkla prezident arasında yaranmış fikirayrılığı onun istefasına səbəb olub.

Qeyd edək ki, Makqurk 2015-ci ildən İŞİD-lə mübarizə ilə bağlı məsələlərlə məşğul olur.

Azvision.az



Teqlər:





Xəbər lenti