Mahmud Abbas parlamenti istefaya göndərdi

Mahmud Abbas parlamenti istefaya göndərdi
  23 Dekabr 2018    Oxunub:4555
Fələstin prezidenti Mahmud Abbas ölkə parlamentini istefaya göndərib.
Azvision.az xəbər verir ki, yeni parlament seçkiləri 6 ay ərzində keçiriləcək.

Qeyd edək ki, Fələstin Qanunvericilik Şurası 2006-cı il 25 yanvar tarixində 4 illik müddətə seçilib. 2009-cu ilin dekabr ayında isə parlamentin mandatı Fələstinin azad edilməsinin təşkili üzrə Mərkəzi Şura tərəfindən yeni parlament seçkilərinin keçiriləcəyi tarixə qədər uzadılıb.

Azvision.az



Teqlər: Fələstin   Mahmud-Abbas  





Xəbər lenti