ABŞ müdafiə naziri vəzifəsini Şanahan icra edəcək

ABŞ müdafiə naziri vəzifəsini Şanahan icra edəcək
  24 Dekabr 2018    Oxunub:3776
ABŞ-ın müdafiə naziri vəzifəsini Pentaqon rəhbərinin müavini Patrik Şanahan icra edəcək.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Twitter" hesabında yazıb.

"2019-cu ilin 1 yanvar tarixindən etibarən bizim istedadlı müdafiə nazirinin müavini Patrik Şanahanın müdafiə nazirinin vəzifəsini icra edəcəyini xəbər verməkdən çox şadam. Patrik həm müavin olaraq, həm də "Boeing"də işlədiyi vaxtlarda bir çox nailiyyətlərə imza atıb", - deyə Tramp bildirib.

Qeyd edək ki, Ceyms Mettis ABŞ-ın müdafiə naziri vəzifəsindən istefaya göndərilib.

Azvision.az



Teqlər: ABŞ  





Xəbər lenti