İsrail Suriyaya zərbə endirdi

 İsrail Suriyaya zərbə endirdi
  24 Dekabr 2018    Oxunub:3089
İsrail hərbçiləri Colan təpələrinin Suriyanın nəzarətində olan hissəsində bir qrup silahlının mövqeyinə tanklarla top atəşi açıb.
Azvision.az xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı məlumatda bildirilib.

“İsrail qoşunları sərhəddəki şübhəli silahlılar istiqamətində atəş açıblar. Silahlılar Suriya ilə sərhəddəki Colan demilitaizasiya zonasında İsrail istiqamətindəki “Alfa” xəttini keçmişdilər” – məlumatda vurğulanıb.

Atışma nəticəsində İsrail ordusu itki verməyib. Qarşı tərəfin itkiləri və silahlı şəxslərin kimliyi barədə isə məlumat yoxdur.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Suriya   İsrail  





Xəbər lenti