Sunamidən ölənlərin sayı 281 nəfərə çatıb - FOTO

   Sunamidən ölənlərin sayı 281 nəfərə çatıb -    FOTO
  24 Dekabr 2018    Oxunub:3752
İndoneziyada baş verən sunami nəticəsində həlak olanların sayı 281 nəfərə çatıb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət zamanı 1016 nəfər xəsarət alıb, 57 nəfər isə itkin düşüb.

Qeyd edək ki, İndoneziyanın hakimiyyət orqanları Sumatra və Yava adalarının sahilyanı rayonlarında sunami təhlükəsinin qaldığı barədə xəbərdarlıq ediblər. Yerli əhaliyə sahil xəttindən uzaq durmaq tövsiyə olunub. Yava adasının Banten vilayətinin Pandeqlanq və Seranq, həmçinin Sumatra adasının Lampunq rayonlarında yeni sunami zərbələri təhlükəsi qalır.







Azvision.az



Teqlər: Sunami   İndoneziya  





Xəbər lenti