“Ərdoğan bunu edə biləcək adamdır” - Tramp

 “Ərdoğan bunu edə biləcək adamdır” -    Tramp
  24 Dekabr 2018    Oxunub:3833
“Türkiyə prezidenti mənə dedi ki, İŞİD-in Suriyadakı qalıqlarının kökünü kəsəcək”

Azvision.az xəbər verir ki, bunu türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla apardığı telefon söhbətinin detallarını "Tvitter"də yazan ABŞ prezidenti Donald Tramp deyib.
“Türkiyə prezidenti Ərdoğan aydın şəkildə mənə bildirdi ki, Suriyada İŞİD-in qalıqlarının kökünü kəsəcək. O, bunu edə biləcək adamdır və üstəlik, Türkiyə (Suriya ilə) qonşuluqda yerləşir. Bizim qoşunlarımız evə qayıdır!” – Tramp vurğulayıb.

Bundan əvvəl Tramp Suriya məsələsinə dair Ərdoğanla uzun və məhsuldar telefon söhbəti apardığını bildirmişdi.

Qeyd edək ki, ABŞ-ın istefa verən, lakin hələ də vəzifə səlahiyyətlərini icra edən müdafiə naziri Ceyms Mettis Amerika qoşunlarının Suriyadan çıxarılmasına dair əmr imzalayıb.

Xatırladaq ki, 19 dekabrda ABŞ prezident Donald Tramp İŞİD-i məğlub etdiklərinə görə artıq Suriyada qalmaqları üçün bir səbəb olmadığından ABŞ qoşunlarının oradan çıxarılması barədə qərar qəbul edib. Daha sonra isə Ağ Ev açıqlama yayaraq ABŞ hərbçilərinin Suriya ərazisindən çıxarılma prosesinə başlanıldığını deyib. Amerikalı hərbçilər 60-100 gün arasında Suriyadan tamamilə çıxarılacaq. Lakin Trampın bu qərarına etiraz olaraq Pentaqon rəhbəri Ceyms Mettis ötən həftə istefa ərizəsi yazıb. Tramp bildirib ki, 2019-cu ildən müdafiə nazirinin səlahiyyətlərini Mettisin müavini Patrik Şanaxan icra edəcək.

Leyla Elbrusqızı
Azvision.az





Teqlər: Türkiyə   Suriya   ABŞ  





Xəbər lenti