Keçmiş dostlarından Elçibəyə sayğısızlıq...

Keçmiş dostlarından Elçibəyə sayğısızlıq...
  06 Noyabr 2013    Oxunub:1068
Bağda ərik var idi, salam-məlik var idi ...

Vaxtilə eks-prezident Əbülfəz Elçibəyin ən yaxın silahdaşları kimi özlərini qələmə verən bəzi cəhbəçilər vəfatından sonra mərhumun ailəsi ilə bir dəfə də olsa maraqlanmır, onlara baş çəkmirlər. Sağlığında yanından bir an belə çəkilməyən şagirdləri Elçibəyin yoxluğundan sonra ailəsinin ən çətin günlərində onlara dəstək olmaq əvəzinə bəyin adından istifadə edib yaxalarını kənara çəkdilər.

Halbuki başda AXCP sədri Əli Kərimli olmaqla partiyadaşları Elçibəyin ən yaxın dostları kimi mərhuma böyük hörmətsizlik etdilər: onun nə ailəsinin problemləri ilə maraqlandılar, nə də övladlarının qayğıları ilə...

Elçibəyin qayını Mirmövüsm Mahmudov da əməkdaşımızla söhbətində cəbhəçilərdən əməlli-başlı şikayətlənib. Onun sözlərinə görə, bir, iki nəfər istisna olmaqla ən yaxın siyasətçi dostları Elçibəyin ailəsi ilə maraqlanmayıblar.

“Elçibəyin ailəsi ilə çox az adam maraqlandı. Rəhmətlik nə qədər sağ idi qədrini bilmirdilər. İndi bəy bu dünyadan köçəndən sonra baxırlar ki, boşluq var.

Çoxu dərk edir ki, vaxtında hansı səhvləri ediblər. Bu kişi elə bir yol qoyub gedib ki, bunu heç kim unuda bilməz. Şəxsən mənə demişdi ki, əmioğlu elə bir yol getmişəm ki, mənə görə xəcalət çəkməyəcəksiniz. Bu adam ideya adamı idi. Lazım olanda onun adından istifadə edirlər. Amma ona sadiq olanlar da var. Arada Novella Cəfəroğlu gəlir, vəssalam.

Doğrusu mən daha bundan sonra kiminsə gəlməsini istəmirəm”.

M.Mahmudov qeyd edib ki, bir müddət əvvəl BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bir dəfə Elçibəyin ailəsinin yığılıb qalan kommunal borclarını ödəyib.

Maraqlıdır, Əbülfəz Elçibəyin hesabına siyasi kariyası parlayan Əli Kərimli nə üçün onun ailəsi ilə maraqlanmır? Məgər Elçibəyin qurub-yaratdığı partiyanın başına keçən Əli Kərimli bu hərəkəti ilə öndərinə sayğısızlıq etmirmi?

Onlar unutsalar da tarix heç nəyi və heç kimi yaddan çıxarmayacaq.

Bəyin adından istifadə edənlər onun ölümündən sonra ailəsinə, uşaqlarına baş çəkib maraqlanmırlarsa, bunun bir adı var: sayğısızlıq...

AzVision.az


Teqlər:  





Xəbər lenti