Paşinyanın Rusiyaya səfər vaxtı bəlli oldu

 Paşinyanın Rusiyaya səfər vaxtı bəlli oldu
  24 Dekabr 2018    Oxunub:3977
Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan 27 dekabrda Rusiyaya işçi səfər edəcək.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın müvəqqəti hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Paşinyan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Danışıqlar zamanı ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın gündəliyinə daxil olan məsələlər müzakirə diləcək.

Xatırladaq ki, Paşinyanın ilin sonunda Moskvaya səfərinin ilk anonsunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi illik mətbuat konfransında verib. Onun bu açıqlaması Ermənistanda sürprizlə qarşılanıb. Aydınlaşıb olub ki, İrəvan əvvəlcədən razılaşdırılmamış bu sürpriz görüş barədə xəbərsiz olub və Putin Ermənistanla Rusiya arasındakı münasibətlərin aqibətini müzakirə etmək üçün özü şəxsən Paşinyanın Moskvaya gəlməsini tələb edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti