Silahlı müxalifət Menbiçə hücuma hazırlaşır

  24 Dekabr 2018    Oxunub : 3598
 Silahlı müxalifət Menbiçə hücuma hazırlaşır
Türkiyənin dəstəklədiyi suriyalı silahlı müxalifətin Azad Suriya Ordusu Ankaranın YPG/PKK-nın nəzarətində olan Menbiçdə və Fəratdan şərqə doğru keçirəcəyi yeni hərbi əməliyyatlarda iştirak üçün ağır artlleriya, zirehli texnikaları və əsgərlərini Menbiç ətrafına yığıb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyənin daha əvvəl keçirdiyi “Fərat qalxanı” əməliyyatı ilə terrorçulardan təmizlənən ərazilərdəki silahlı müxalifət artıq Bəşər Əsəd qüvvələri ilə təmas xəttinə göndərilib.

Azad Suriya Ordusunun sözçüsü Yusif Həmid “Reuters”ə açıqlamasında bildirib ki, ötən axşam Azad Suriya Ordusu birləşmələri Menbiçə gediblər və döyüşə hazırlıq üçün ilkin mövqe tutublar. Onun sözlərinə görə, Fəratdan şərqə doğru əməliyyatlarda iştirak üçün Azad Suriya Ordusu Suriyanın şimal-qərbindəki fərqli qruplaşmaları birləşdirməyə çalışacaq.

Qeyd edək ki, ABŞ Suriyanın şimal-şərqində kürdlərə dəstək üçün göndərdiyi hərbçilər daxil olmaqla, bu ölkə ərazisindəki bütün qoşunlarını çıxaracağını bəyan etdikdən sonra Türkiyənin hərbi rəhbərliyi Menbiçdə və Fəratdan şərqə doğru yeni əməliyyatlara hazırlıq getdiyini bildirib. Lakin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, ABŞ qoşunlarının çıxarılması ilə əlaqədar əməliyyatların başlanmasına bir qədər fasilə verəcəyinə dair amerikalı həmkarına söz verib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Suriya   Türkiyə   ABŞ   Menbiç