Azərbaycanlılar Rusiyada qəzaya düşdü: Ölən və yaralılar

 Azərbaycanlılar Rusiyada qəzaya düşdü:    Ölən və yaralılar
  24 Dekabr 2018    Oxunub:5486
Rusiyada baş verən avtomobil qəzasında iki Azərbaycan vətəndaşı həyatını itirib.

Azvision.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, qəza Voronej vilayətinin M-4 "Don" federal yolunun 773 km-də qeydə alınıb. Belə ki, "Mercedes" markalı mikroavtobusla yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb
Ölən və yaralılar Azərbaycan vətəndaşlarıdır. Hadisə zamanı mikroavtobusda 9 sərnişin olub. Yaralıların vəziyyəti barədə məlumat verilməyib. Qəzanın səbəbi araşdırılır.

İlkin Nəcəfzadə
Azvision.az





Teqlər: Rusiya   Qəza  



Xəbər lenti