İsrail parlamenti buraxıldı: Növbədənkənar seçki təyin edildi

  İsrail parlamenti buraxıldı:  Növbədənkənar seçki təyin edildi
  24 Dekabr 2018    Oxunub:5230
İsrailin koalisyon hökumətində təmsil olunan partiya liderləri parlamentin buraxılması və apreldə növbədənkənar seçkilərin keçirilməsi qərarına gəliblər.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun sözçüsü bu gün koalisyon hökumət liderlərinin keçirdiyi görüşdən sonra tvitterdə bəyan edib.

“Koalisiya liderləri parlamentin buraxılması və aprelin əvvəlində növbədənkənar seçkilərin keçirilməsi barədə yekdil qərara gəliblər” – Netanyahunun sözçüsü bildirib.

Görüşdən sonra Netanyahunun “Likud” partiyası isə rəsmi bəyanat verərək, növbədənkənar parlament seçkilərinin 9 apreldə keçiriləcəyini bildirib. Seçkilərdən sonra parlamentə keçən partiyalar yeni hökuməti formalaşdıracaq və İsrailin yeni baş naziri seçiləcək.

Qeyd olunur ki, parlamentin buraxılmasına dair qərara ultra-ortodoksal yəhudi kişilərinin orduda xidmətdən azad olunmasını nəzərdə tutan "Hərbi Çağırış" haqqında qanun layihəsi ətrafında koalisyon hökumətində yaranan böhran səbəb olub.

Onu da xatırladaq ki, 14 noyabrda İsrailin hökumət koalisiyasındakı əsas partiyalardan olan “Evimiz İsrail”in sədri, müdafiə naziri Aviqdor Liberman bu günlərdə Qəzza zonasında İsrail ordusu ilə “Həmas” arasında baş verən irimiqyaslı toqquşmadan sonra Misirin vasitəçiliyi ilə "Həmas"la atəşkəs barədə əldə olunan razılığa etiraz olaraq vəzifəsindən istefa verib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: İsrail  





Xəbər lenti