Məleykə Abbaszadə Parisə gedir

Məleykə Abbaszadə Parisə gedir
  06 Noyabr 2013    Oxunub:1153
Noyabr ayının 7-dən 9-dək Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosasiyasının (Association for Educational Assessment-Europe) 14-cü konfransı keçiriləcək.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “Beynəlxalq araşdırmalar, digər təcrübələrdən bəhrələnmə siyasəti və milli qiymətləndirmə” mövzusunda keçiriləcək konfrans Fransanın paytaxtı Paris şəhərində təşkil olunacaq.

Konfransda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və Komissiyanın aparat rəhbəri Nərminə Bayramova iştirak edəcək. Konfransda biliyin qiymətləndirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, milli qiymətləndirmənin təbliği və bu sahədə araşdırmalar, həmçinin ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, habelə, müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi və uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq.




Teqlər:  





Xəbər lenti