Sunami qurbanlarının sayı 373 nəfərə çatıb

Sunami qurbanlarının sayı 373 nəfərə çatıb
  24 Dekabr 2018    Oxunub:4226
İndoneziyada baş verən sunami nəticəsində həyatını itirənlərin sayı 373 nəfərə çatıb.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması Agentliyinin mətbuat katibi Sutopo Purvo Nuqroho bildirib. Onun sözlərinə görə, təbii fəlakət zamanı 1459 nəfər xəsarət alıb, 128 insan isə itkin düşüb.

Qeyd edək ki, İndoneziyanın hakimiyyət orqanları Sumatra və Yava adalarının sahilyanı rayonlarında sunami təhlükəsinin qaldığı barədə xəbərdarlıq ediblər. Yerli əhaliyə sahil xəttindən uzaq durmaq tövsiyə olunub. Yava adasının Banten vilayətinin Pandeqlanq və Seranq, həmçinin Sumatra adasının Lampunq rayonlarında yeni sunami zərbələri təhlükəsi qalır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İndoneziya   Sunami  





Xəbər lenti