1,6 milyon insan Fransaya qarşı birləşdi

  1,6 milyon insan Fransaya qarşı birləşdi
  25 Dekabr 2018    Oxunub:3433
1,6 milyondan çox insan Fransanın beynəlxalq məhkəməyə verilməsi üçün onlayn petisiya imzalayıb.

Azvision.az “Associated Press”ə istinadən xəbər verir ki, petisiyanı imzalayanlar qlobal iqlim dəyişiliyi ilə mübarizədə rəsmi Parisi kifayət qədər iş görməməkdə ittiham edirlər.
Fransanın “Greenpeace” təşkilatının direktoru Jan-Fransua Culiard bəyan edib ki, ekoloji birliklər məhkəmənin Fransanın karbon tullantılarını azaltmasını tələb edən yekun qərar verəcəyinə ümid edirlər.

Culiard onu da bildirib ki, Fransaya qarşı hüquqi proses illərlə davam edə bilər. Lakin Niderlanddakı uğurlu nümunə analoji nəticənin əldə ediləcəyinə ümid yaradır.

Qeyd edək ki, son günlər Fransanı bürüyən "sarı jiletlilər" etiraz aksiyalarının səbəbi də elə prezident Emmanuel Makronun alternativ enerji mənbələrinin inkişafı üçün maliyyə yığmaq naminə benzin və dizelə yüksək vergi qoymaq qərarı ilə bağlıdır. Lakin Makronun Fransanı qlobal iqlim təəssübkeşliyinin lider ölkəsinə çevirmək siyasəti istefa tələblərilə üzləşdi.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Fransa   Greenpeace  





Xəbər lenti