Fəzail Ağamalı: “Kənd təsərrüfatı çökə bilər” - TƏHLÜKƏ

Fəzail Ağamalı: “Kənd təsərrüfatı çökə bilər” - TƏHLÜKƏ
  06 Noyabr 2013    Oxunub:1382
“Kommunal xərclərin artması ölkədə kənd təsərrüfatını çökdürə bilər”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisdə komitələrin büdcə müzakirələri zamanı millət vəkili Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, ölkədə əgər gələn il kommunal xərclər artarsa kənd təsərrüfatı sahəsi ciddi təhlküə qarşısında qala bilər:

“Hesab edirəm ki, kənd təsərrüfatı emal müəsissələri vergilərdən azad edilsin. Emal istehsal müəsisəsləri isə qaz, su, və işığın pulundan azad edilsin və ya qismən azaldılsın ki, kənd təsərrüfatının stimullaşdırılmasına kömək edir. Ümumdünya ticarət təşkilatına niyə üzv olmuruq. Əgər üzv olsaydıq bu gün Rusiya bazarlarına çıxmamaq bizə bu dərəcədə baha başa gəlməzdi. Rusiyadan asılılığımız azalardı və məhsullarımız dünya bazarlarına çıxardı. Biz bu prosesə qoşulmağımızı tezləşdirməliyik. Kənd təsərrüfatı məhsullarının ixrac məsələsi elə acınaqlı vəziyyətdədir ki, istehsalçılar məhsullarını xaricə çıxarda bilmir. Rusiyada gömrükdə qiymətin artırılması onların məhsullarının daşınmasına mane yaradır. İnsanların məhsulları əllərində qalır”

Deputat həmçinin qeyd edib ki, ucqar kəndlərdə işləyən müəllimlərə müəyyən imtiyazlar verilir, amma onlar ailə qurub torpaq almaq istəyəndə buna pulları çatmır:

“Onlar ailə qurub, torpaq almaq istəyir, amma buna nail ola bilmir. Bu da diqqətdə saxlanmalıdır. Salyan rayonunda prezident seçkiləri dövründə rastlaşdığım hadisə - iki gənc Salyanın ucqar kəndində müəllim işləməyə gedib, torpaq almaq istəyir, amma ala bilmir”.

F.Ağamalı təhsildə olan problemlərdən də danışıb: “2013-cü ildə məktəbi bitirənlərin 20 min nəfəri peşə məktəblərinə daxil olub, çox adam isə buna nail ola bilməyib. Səbəb isə peşə məktəblərin sayının azlığıdır. Bu gün regionlarda peşə məktəbləri demək olar ki, yoxdur. Regionlarda məhsul yetişdirilməsində ixtisaslaşdırlamalar gedir buna uyğun həmin rayonlarda texniki peşə məktəblərinin sayını artırıb gəncləri bura cəlb etmək yaxşi olardı”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti