Ankara “Patriot”lara alternativ kimi baxmır

 Ankara “Patriot”lara alternativ kimi baxmır
  25 Dekabr 2018    Oxunub:3759
Türkiyə ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərinin alışına Rusiyanın “S-400” zenit-raket komplekslərinə alternativ olaraq baxmır.

Azvision.az “France Presse” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mətbuat katibi İbrahim Kalın bəyan edib.
““Patriot”ların satışı prosesi “S-400”lərin alışı prosesinə təsir etmir. Biz bunlardan birini digərinə qarşı alternativ kimi nəzərdən keçirmirik” – Kalın vurğulayıb.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti Türkiyəyə 3,5 milyard dollar dəyərində “Patriot” hava hücumundan müdafiə sistemlərinin avadanlıqlarla birlikdə satışını nəzərdə tutan mümkün sazişin imzalanmasına razılıq verib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Türkiyə   Patriot   ABŞ   S-400  





Xəbər lenti